İsrail Livana girməyə hazırlaşır - HİZBULLAHA GÖRƏ

Hizbullah özünün yüksək vəzifəli nümayəndəsinin məhv edilməsinə görə qisas almaq istəsə, İsrail ordusu təşkilat və Livana qarşı fərqli formada reaksiya verəcək.
Gununsesi.info xəbər verir ki, bu məlumatı “İsrael xa Yom” qəzeti İsrail Müdafiə Nazirliyindəki mənbələrinə istinadən yayıb. Məlumata görə, İsrail Müdafiə naziri Benni Qantza artıq ordu rəhbərliyinə fəaliyyət planı, eləcə də Livan infrastrukturuna zərbə endirilməsi ilə bağlı plan hazırlamağı tapşırıb.
Qeyd edək ki, bundan öncə İsrail Hizbullahın liderlərindən biri Əli Kamal Mahsan Cavadı Dəməşq yaxınlığında məhv etmişdi. Hizbullah isə Cavadın qisasını böyük zərbə ilə alacağını bildirmişdi.
Gununsesi.info