İsrail şirkəti “casus proqramı” skandalına cavab verdi

İsrailin “NSO Qrup” şirkəti hazırladığı “Pegasus” proqramının fərqli hökumətlər tərəfindən insanların izlənilməsi üçün istifadə edilməsi ilə bağlı informasiyanı təkzib edib.

Gununsesi.info xəbər verir ki, şirkət yayılan informasiyaların saxta ittihamlar olduğunu bildirərək, xüsusi maraqlı qrupların faktları görməzdən gəldiyini bəyan edib. Buna görə də şirkət KİV-in sorğularına bir daha cavab verməyəcəyini açıqlayıb.

HTML tutorial

“NSO Qrup” həmçinin “Pegasus”la izlənən şəxslər kimi təqdim edilən 50 min nəfərlik siyahının həqiqət olmadığını deyib.

Qeyd edək ki, bundan öncə OCCRP araşdırma apararaq, İsrailin bu proqramı sayəsində aktivistlərin, siyasətçilərin, biznesmenlərin, hüquqşünasların və jurnalistlərin hökumətlər tərəfindən izləndiyini bildirmişdi. Siyahıda 14 dövlət başçısı da daxil olmaqla, 50 min adamın adı yer almışdı.