İƏT PA-nın iştirakçıları Şuşaya getdi

  • By admin
  • 18 May 2022 09:53

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Parlament Assambleyasının (PA) Üçüncü Ümumi Konfransının iştirakçıları Şuşaya səfərə yola düşüblər.

Gununsesi.info xəbər verir ki, onlar şəhərdə aparılan bərpa-quruculuq işləri ilə tanış olacaqlar.

Qeyd edək ki, İƏT PA-nın Baş katibi, Türkiyə, Pakistan, İran, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstanın parlament rəhbərlərinin başçılıq etdiyi nümayəndə heyətləri Azərbaycanda səfərdədilər.

Gununsesi.info