İnsanlara “evdəqal” dedi, özü isə Qubada istirahət etdi- DÜNYA SƏHİYYƏ TƏŞKİLATININ AZƏRBAYCANDAKI NÜMAYƏNDƏSİ KARANTİN QAYDALARINI POZDU

  • By admin
  • 16 İyun 2020 08:58

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə nümayəndəsi Hande Harmancı bu gün Quba və Qusar rayonlarına istirahətdə olub. 

Gununsesi.org bildirir ki, o, olduğu istirahət mərkəzlərindən foto və video çəkərək sosial şəbəkədə paylaşıb.

Onun paylaşımları birmənalı qarşılanmayıb. Belə ki, H.Harmancı indiyə qədər dəfələrlə əhaliyə müraciət edərək evdə qalmalarını tövsiyə edib.
 
Real partiyasının sədri İlqar Məmmədov H.Harmancının Azərbaycandan çıxarılmasını tələb etdi.

Gununsesi.org