
Azərbaycanın dövlət başçısı İlham Əliyev AK Partiya sədri Rəcəb Tayyib Ərdoğana növbəti dəstəyini ifadə edib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, İlham Əliyev açıqlamasında “Qardaş türk xalqı bu seçkilərdə də liderinə güvənini göstərib”, deyib.
Ərdoğana telefon zəngi edən Azərbaycan lideri Türkiyənin böyük inkişaf yaşadığını vurğulayıb.
Ərdoğan dəstəyə görə İlham Əliyevə təşəkkürünü bildirib.