İ. Əliyevdən Kılıçdaroğluna etiraz: Həvəsləri qurşaqlarında qalacaq

  • By admin
  • 11 May 2023 17:53

Azərbaycanın dövlət başçısı İlham Əliyev Türkiyənin tanınmış siyasətçisi və Millət İttifaqından olan Prezidentliyə namizədi Kamal Kılıçdaroğluna etiraz edib.

Gununsesi.info xəbər verir ki, tarixi İpək Yolu ilə bağlı Kamal Kılıçdaroğlunun “canlandırma” təklifinə qarşı çıxan İlham Əliyev bunları deyib:

“Azərbaycan Avrasiyada nəqliyyat mərkəzlərindən biri halına gəlib. Bu gün “Orta Dəhliz” dediyimiz Avropa-Qafqaz-Asiya proyektinin təməli Heydər Əliyevin zamanında atılıb. Yəni, bu dəhlizin Azərbaycan topraqlarından keçməsi həmin illərdə bəlli edilmişdi. Ancaq bəziləri istəmədi. Əfsuslar ki, bu gün belə, Azərbaycanı bu strateji layihənin çölündə tutmaq istəyənlər var. Onların həvəsləri qurşaqlarında qalacaq”.

Xatırladaq ki, Prezidentliyə namizəd Kamal Kılıçdaroğlunun Çindən – Avropaya “İpək Yolunu Canlandırma Layihəsi” Şimali Azərbaycandan deyil, İran üzərindən Türkiyəyə doğru uzanır.

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info