I Qarabağ müharibəsi əlilləri üçün 120 milyon manat ayrılacaq

  • By admin
  • 11 İyun 2022 12:44

1991-1997-ci illərdə müharibədə və cəbhə xəttində xəsarət alan şəxslərə birdəfəlik ödənişlərin verilməsi ilə bağlı hazırlıq işləri aparılır.

Gununsesi.info xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Himalay Məmişov postmüharibə dövründə şəhid ailələrinin üzvlərinin və müharibə iştirakçılarının sosial ödənişlərlə təminatı sahəsində aparılan işlərə dair mətbuat konfransında deyib.

Qurum rəhbəri qeyd edib ki, ödəmələrin maliyyələşdirilməsinə 120 milyon manat vəsaitin sərf edilməsi nəzərdə tutulur:

“Birdəfəlik ödənişlərin verilməsi ilə bağlı qaydalar hazırlanaraq, dövlət orqanlarına təqdim olunub. Ödənişlərin elektron qaydada həyata keçirilməsi nəzərdə tutulur”.

Gununsesi.info