I və IV qrup üzrə ən çox bal topalayanlar – FOTOLAR

  • By admin
  • 10 Avqust 2021 20:58

Bu gün Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları üzrə 27-28 iyul 2021-ci il tarixlərində keçirilmiş qəbul imtahanlarının nəticələrini açıqlayıb.

 

Gununsesi.info xəbər verir ki, imtahanda heç bir abituriyent maksimum balı (700 bal) toplaya bilməyib.

 

I ixtisas qrupu üzrə ən çox balı Sumqayıt şəhəri, 11 saylı orta məktəbin məzunu Əbil Şəfiyev toplayıb. O, ümumilikdə 697.1 bal yığıb.

 

IV qrupda isə ən yüksək nəticəni 692.5 balla Cəbrayıl rayonu, Sirik kənd orta məktəbinin (Ə.Veysəlov adına) məzunu Əfəndiyev Kamil Nazim oğlu göstərib.

Gununsesi.info