XƏBƏR LENTİ

22 Avqust 2017

12 Avqust 2017 - 11:20

İB Azərbaycanda turizmin təşviqi ilə bağlı maarifləndirmə işi aparıb- FOTOLAR
cap-16
Gununsesi.info xəbər verir ki, Qafqaz Araşdırmaları Mərkəzi İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra olunan “Bakı şəhərində yerləşən mədəni və tarixi abidələr üçün nəzərdə tutulan turist marşrutları və göstərilən xidmət səviyyəsinin tədqiqi” mövzusunda layihəsinin yekun hesabat tədbiri keçirilib.
Tədbiri giriş sözü ilə açan İB-nin icraçı direktoru Qahirə Məmmədova  layihə çərçivəsində görülən işləri mərhələlərlə iştirakçılara çatdıraraq qeyd edib ki, layihə fəaliyyəti dövründə üç tədbir keçirilmiş və bu tədbirlərin hər birində ixtisaslı tələbələr, eləcə də tədqiqatçılarla mövzu ətrafında müzakirələr aparılıb. Müzakirələr əsasında Bakı şəhərində yerləşən mədəni və tarixi abidələrdə turist cəlbediciliyinin öyrənilməsini nəzərdə tutan sorğu keçirilib və alınan cavablar əsasında hesabat hazırlanıb.
Tədbirdə iştirak edən kulturoloq V.Məmmədzadə layihənin icra komandasının turistik məkanlara səfərləri və turistlərlə sorğu zamanı verilən cavabları mütəxəssis yanaşması ilə izah edib. Tədbirdə iştirak edən Azərbaycan Turizm və Menecment Universitetinin əməkdaşları tədqiqat layihəsi ətrafında özmövqelərini blidirərək,  ölkədə turzimin təşviqində buq əbildən olan tədbirlərin keçirilməsini təqdir ediblər. Bildirilib ki, bu qəbildən olan tədbrilər nə qədər şox olarsa, insanlarımız daha çox bilgiyə malik olar və bu da turizmin inkişafına öz töhfəsini vermiş olar. Çünki turizmin bir çox növləri;-  yay, qış, termal, dini, mədəni-tarixi turizm və sair. Mədəni-tarixi turizmin Azərbaycanda inkişaf etdirilməsi üçün böyük potensila mövcuddur. Azərbaycanda kifayət qədər qədim tarixə və tarixi əhəmiyyət kəsb edən böyük tarixi və mədəniyyət abidələri mövcuddur  və bu sahənin inkişaf etdirlməsi üçün əhali arasında maarifləndirmə işinə ehtiyac var.  
cap-5 cap-4 cap-3 cap-1
Gununsesi.info 



loading...
Loading...