İBRƏTAMİZ: Rotşild infarktdan öldü – 175 milyard dollar onu qurtarmadı… (FOTOLAR)

  • By admin
  • 18 Yanvar 2021 13:24
Rotşildlər sülaləsinin 57 yaşlı nümayəndəsi, fransalı bankir Baron Benjamin de Rotşild cümə günü  İsveçrədə vəfat edib.

 

Gununsesi.org Moderator.az -a istinadla xəbər verir ki, bu haqda “Forbes” nəşri məlumat yayıb.

Rotşildin ölüm səbəbinin infarkt olduğu bildirilir.
Benjamin de Rotşild özəl bankçılıq və aktivlərin idarə olunması üzrə ixtisaslaşmış “Edmond de Rotşild” Qrupuna rəhbərlik edib. O,  Rotşildlər sülaləsinin Fransız qolundan olan Edmond və Nadine de Rotşildin oğludur. Bəhs edilən qrupu da 1953-cü ildə məhz Edmond  de Rotşild  qurub. Onun ölümündən sonra – 1997-ci ildən isə şirkətə oğlu Benjamin rəhbərlik edib.
“Forbes USA” qeyd edir ki, holdinq Fransa və İsveçrə bankları ilə yanaşı, restoran və otellər də daxil olmaqla 175 milyard dollardan çox dəyəri olan aktivləri idarə edir.

Gununsesi.org