İbrətamiz: ABŞ-ın sabiq vitse- prezidentinin yaşamağa evi yoxdur

  • By admin
  • 27 Yanvar 2021 16:49

ABŞ-ın sabiq vitse-prezidenti Maykl Pens vəzifədən getdikdən sonra evsiz qalıb.

 

Gununsesi.org bildirir ki, bu barədə Business İnsider nəşri məlumat yayıb. Pens və həyat yoldaşı Vaşinqtonu tərk etdikdən sonra yaşamaq üçün yaxınlarının mənzilinə üz tutublar.

İndiana ştatına qayıtdıqdan sonra Pens qubernator Erik Holkombanın dincəlmək üçün istifadə etdiyi kottecdə müvəqqəti məskunlaşıb. Pensə yaxın olan digər iki respublikaçı deyib ki, Pens hələlik Kolumbus şəhərində yaşayan qardaşını evində qalır.

“Onun yaşamağa evi yoxdur”, – deyə Trampın müşavirlərindən biri deyib. 61 yaşı Pens son 8 ildə İndianada heç bir mülk sahibi olmayıb. Bu müddət ərzində o, qubernator, daha sonra ABŞ-ın vitse-prezidenti kimi rəsmi rezidensiyalarda yaşayıb.

 

Gununsesi.org