
Türkiyədə gözlənilən hökumət (kadr) dəyişikliyi xarici işlər naziri Mövlud Çavuşoğludan da yan keçməyəcək.
Gununsesi.info-nun Türkiyə mediasına istinadən xəbərinə görə, Çavuşoğlunun hökumətdə-xarici işlər naziri postunda başqa bir tanınmış isimlə əvəzlənəcəyi bildirilir.
Çavuşoğlunun yerinə təyinat ala biləcək şəxslər arasında isə daha çox Cümhurbaşqanlığı sözçüsü İbrahim Kalının adı çəkilir.
Yəni, Kalın yaxın gələcəkdə Türkiyənin yeni xarici işlər naziri ola bilər.
KAMİL
Gununsesi.info