Türkiyənin ünlü sənətçisi- “İmperator” İbrahim Tatlısəsə telekanallardan birindən təklif gəlib.
Gununsesi.info-nun Türkiyə mediasına istinadən xəbərinə görə, telekanllardan biri canlı əfsanəyə həmin kanalda yenidən “İbrahim sow” adlı proqram aparmağı təklif edib.
Bunun müqabilində isə ünlü sənətçiyə nə az-nə çox, düz 13 milyon TL qonorar veriləcəyi vəd edilib.
Yəni, təklifə əsasən ünlü sənətçi 13 dəfə veriliş aparacaq və hər bir veriliş üçün 1 milyon, ümumilikdə isə 13 milyon TL qazanacaq.
Ancaq məlumatlara görə, İ. Tatlısəs telekanaldan gələn təklifə “yox” cavabı verib.
Kamil HƏMZƏOĞLU
Gununsesi.info