Türkiyə musiqisinin imperatoru İbrahim Tatlısəs İzmirə köçüb.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, imperator yeni albom üzərində işlərini buradan davam etdirəcək.
Belə ki, xeyli müddətdir ki, üzərində çalışdığı albomunu hələ tamamlaya bilməyən İbrahim Tatlısəs İzmirə köçüb.
Qeyd edək ki, İzmirin Bornova rayonunda lüks ev alan imperator işlərini burada davam etdirmək barədə qərar verib.
Burnovada sənətçinin ilk ziyarətçiləri isə qızı Mələk Zübeydə və kürəkəni olub.
Anar
Gununsesi.info