İbrahim Tatlısəsin qızı atasının soyadından imtina etdi -FOTO

İbrahim Tatlısəsin qızı Dilan iki gün öncə səkkiz ildir sevgili olduğu Levent Dörterlə ailə qurub.

Bu gün isə məşhur müğənninin qızı özünün “Instagram” hesabındakı (Dilan Çıtak Tatlısəs) soyadını dəyişib. Yerinə isə həyat yoldaşının soyadını yazıb.

Əlavə edək ki, möhtəşəm toy məclisi İstanbuldakı lüks otellərdən birində baş tutub. Məclisdə məşhur sənətçilər iştirak ediblər. Onların arasında Dilanın ögey qardaşı – müğənni İdo və yenicə ailə qurduğu xanımı, həmçinin Oqtay Kaynarca, Demet Akalın, Tan Taşçı, Berkay, Baha, Fatih Yürek kimi tanınmış simalar iştirak ediblər.

Qızının toyuna qatılan İbrahim Tatlısəs bir neçə mahnı oxuyub.

O, Dilana dəyəri 450 min türk lirəsi olan qızıl kəmər hədiyyə edib.

Xatırladaq ki, sənətçi bu qiymətli kəmərin eynisini bir müddət öncə ailə qurmuş oğlu İdonun xanımına da bağışlamışdı.