“İbrahimoviç həmişə kiməsə əsəbiləşir” - PİOLİ

  • By admin
  • 08 Yanvar 2022 18:11

“Milan”ın baş məşqçisi Stefano Pioli futbolçusu Zlatan İbrahimoviç barədə danışıb.  

Gununsesi.info xəbər verir ki, o, “Football İtalia”ya açıqlamasında 40 yaşlı hücumçunun A seriyasının 20-ci turunda “Roma” ilə matçda komanda yoldaşının penaltini qaçırmasına verdiyi sərt reaksiyaya münasibət bildirib:

“Zlatan həmişə kiməsə və ya nəyəsə əsəbiləşir. Bu onu həvəsləndirir. Dəqiq yerinə yetirilməyən penaltidən , komandadan və nəticədən narazıdır”.

Qeyd edək ki, sözügedən görüş “Miilan”ın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

 

 

Gununsesi.info