İbrahimoviç: “Mənim qol vurmağıma gərək yoxdur”

  • By admin
  • 29 Mart 2021 14:00

“Milan” klubunun İsveçli hücumçusu Zlatan İbrahimoviç Kosovo ilə oyundan sonra (3:0) milliyə qayıtmasından danışıb.

39 yaşlı ulduz futbolçunun açıqlamasını “C More” telekanalı yayımlayıb.

“Komanda yoldaşlarıma dedim ki, mənim qol vurmağıma gərək yoxdur, belə ki, mən artıq öz qollarımı vurmuşam. Komanda yoldaşlarıma kömək edirdim ki, mənim rekorduma yaxınlaşsınlar. Vaxt keçdikcə millinin oyunçularını meydanda və kənarda daha yaxşı tanıyıram. Kosovo ilə matç bizim üçün yaxşı keçdi. Özümdə olan potensialdan maksimum yararlanmaq üçün milli komandaya qayıtdım. İstərdim ki, mənə olan münasibət digərlərinə olan münasibətdən fərqlənməsin”, – Zlatan İbrahimoviç vurğulayıb.

Qeyd edək ki, Z.İbrahimoviç İsveç-Kosovo oyununda məhsuldar ötürmə ilə yadda qalıb.

Gununsesi.info