İbrahimoviçin başına zərbə vuran futbolçuya sərt cəza

  • By admin
  • 08 Mart 2017 22:54

m

 

İngiltərə Futbol Federasiyasının İntizam Komitəsi “Bornmut”un futbolçusu Tayron Minqsi 5 oyunluq cəzalandırıb.

Qol.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, buna 23 yaşlı müdafiəçinin İngiltərə Premyer Liqasının 27-ci turunda “Mançester Yunayted”lə matçda rəqib komandanın futbolçusu İbrahimoviç yıxılarkən onun başına zərbə vurması səbəb olub.

Qeyd edək ki, həmin epizoddan sonra Z.İbrahimoviç Minqsi dirsəklə vurub. Bu hərəkətinə görə, o, 3 oyunluq cəzalandırılıb.

Gununsesi.info