İbrahimoviçin yeni klubu açıqlandı

  • By admin
  • 11 İyun 2017 17:22

ibrahimovic

 

Zlatan İbrahimoviç “Mançester Yunayted”dən ayrılır.

Gununsesi.info Fanat.Az-a istinadən xəbər verir ki, isveçli ulduz ABŞ-a köçür.

İddiaya görə, İbrahimoviç artıq “Los Anceles Qalaksi” ilə anlaşıb. Bildirilir ki, futbolçu yaxın günlərdə Kaliforniyaya gedərək müalicəsini davam etdirəcək və mart ayında başlayacaq MLS-ə qədər hazır olacaq.

Qeyd edək ki, İbrahimoviç bir müddət əvvəl verdiyi açıqlamaların birində ABŞ-da oynaya biləcəyini etiraf etmişdi.

 

Gununsesi.info