İbtidai siniflər üçün tətil başlayır

  • By admin
  • 26 Aprel 2022 14:36

1-5 may tarixləri ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qrupları və ibtidai sinifləri üçün əlavə tətil günləridir. 

Gununsesi.info xəbər verir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.

Onum sözlərinə görə, tətildən sonrakı ilk dərs günü 6 may tarixində olacaq.

Qeyd edilib ki, 1-5 may tətili ümumi təhsilin ümumi orta və tam orta təhsil səviyyələrinə şamil edilmir.

Gununsesi.info