İçərişəhərdə yerləşən restoranlardan birində liftin qırılması nəticəsində iki nəfər ağır xəsarət alıb.
Bu barədə Gununsesi.info-ya Kliniki Tibbi Mərkəzdən məlumat verilib.
Bildirilib ki, hər iki şəxs təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə gətirilib:
“1988-ci il və 1978-ci il təvəllüdlü şəxslər hadisə nəticəsində çoxsaylı travmalar alıblar. Onların fəqərə, çanaq, baldır, bazu sümüklərində sınıq və çıxıqlar var. Hər iki şəxs reanimasiyaya yerləşdirilib”.
Gununsesi.info