“İçərişəhər” Qoruğunun yeni rəhbəri kimdir? - DOSYE

  • By admin
  • 03 Mart 2022 11:58

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri dəyişdirilib. Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Əsgər Əyyub oğlu Ələkbərov “İçərişəhər” Qoruğunun rəhbəri vəzifəsindən azad edilib, onun yerinə Milli Məclisin deputatı Şahin Kamil oğlu Seyidzadə təyinat alıb.

Gununsesi.info “İçərişəhər” Qoruğunun yeni rəhbərinin dosyesini təqdim edir:

Şahin Kamil oğlu Seyidzadə 15 aprel 1978-ci ildə Bakı şəhərində anadan olub. 1995-ci ildə akademik Azad Mirzəcanzadənin təşəbbüsü ilə yaradılmış Həbib bəy Mahmudbəyov adına Texniki-Humanitar Liseyi bitirib.

1999-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin bakalavr pilləsini başa vurub. 2001-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin magistr pilləsini oxuyub.

2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Menecment” ixtisası üzrə magistr dərəcəsi alıb. 2007-ci ildə Sosial və İqtisadi elmlər üzrə Moskva Ali Məktəbinin “Təhsilin təşkili və idarəetməsi” ixtisası üzrə təhsil alıb. 2007-ci ildə isə İngiltərənin Mançester Universitetinin “Təhsilin təşkili və idarəetməsi ixtisası” üzrə magistr dərəcəsi alıb.

Hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Təhsilin təşkili və idarəetməsi” üzrə fəlsəfə doktorluğu üzrə dissertantıdır. İngilis və rus dillərində sərbəst danışa bilir.

O Milli Məclisin VI çağırış üzvü, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin “Sosial layihələr” müsabiqəsinin (2019-cu ildən), Təhsil Nazirliyinin SABAH qruplarının İcra Komitəsinin rəhbəridir. (2015-ci ildən)

Ailəlidir, iki övladı var.

Gununsesi.info