İçərişəhərdə Novruz bayramı keçiriləcək

  • By admin
  • 18 Mart 2022 09:55

Martın 19-da İçərişəhər ərazisində təntənəli Novruz bayramı tədbirləri keçiriləcək.

Gununsesi.info xəbər verir ki, bu barədə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.

Qeyd olunub ki, açılış saat 17.00-da canlı musiqilər, alov şousu ilə başlayacaq: “Saat 19:30-da ənənəvi bayram tonqalı qalanacaq. Daha sonra bayram şənliyi yallı rəqsi, canlı musiqi nömrələri ilə davam edəcək”.

Gununsesi.info