İçərisində erməni silahlılarının olduğu avtomobil qəzaya DÜŞDÜ

  • By admin
  • 08 Yanvar 2022 16:20

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində içərisində qanunsuz erməni silahlı dəstələrinin üzvlərinin olduğu avtomobil yanvarın 7-də gündüz saatlarında qəzaya uğrayıb.

Gununsesi.info xəbər verir ki, Xocavənd rayonu ərazisində qanunsuz silahlı dəstənin üzvlərini aparan yük avtomobilinin sürücüsü Yemişcan yaşayış məntəqəsi istiqamətində qəfildən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq dərəyə aşıb.

Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat gizlədilir. Qəzanın sürücünün avtomobili sərxoş vəziyyətdə idarə etməsi nəticəsində baş verdiyi bildirilir.

Qeyd edək ki, son vaxtlar qanunsuz erməni silahlı dəstələrinin üzvləri arasında spirtli içki qəbul etmə səbəbindən belə hadisələrin sayı artıb.

Gununsesi.info