İcbari sığorta üzrə tibbi xidmətlər artırılacaq

Xidmətlər Zərfinə dəyişikliyin edilməsi barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən layihə hazırlanıb və aidiyyəti quruma təqdim olunub.

Gununsesi.info xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Agentliyin 2021-ci ildə və 2022-ci ilin ilk 3 ayı üzrə fəaliyyəti ilə bağlı mətbuat konfransı zamanı deyib.

HTML tutorial

Onun sözlərinə görə, 700 tibbi xidmətin Xidmətlər Zərfinə daxil edilməsi, ümumilikdə 3000-dən çox tibbi xidmətin icbari tibbi sığorta çərçivəsində göstərilməsi nəzərdə tutulur.

“Koxlear implantasiya əməliyyatının sayının 400-ə qədər (əvvəlki say 300).

Endoprotezləşdirmə əməliyyatının isə 1200-ə qədər artırılması təklif edilib (əvvəlki say 300).

İlkin səhiyyə xidməti, təcili yardım, laborator, ambulator və stasionar tibbi xidmətlər üzrə Agentlik tərəfindən tibb müəssisələrinə ödənilən 1000-dən çox xidmətin tarifi artırılıb” – deyə o bildirib.

Gununsesi.info