İcbari tibbi sığorta xidmətləri ilə bağlı QƏRAR

  • By admin
  • 03 Noyabr 2022 14:14

Azərbaycanda icbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi sığorta xidmətlərinin göstərilməsi daha 1 il vergidən azad edilir.

Gununsesi.info xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif edilən əlavə və dəyişikliklərdə öz əksini tapıb.

Hazırda qüvvədə olan Məcəlləyə əsasən, icbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi sığorta xidmətlərinin göstərilməsi 2020-ci il yanvarın 1-dən 3 il müddətinə vergidən azaddır. Dəyişikliyə əsasən, həmin müddət 4 il olacaq.

Gununsesi.info