Türkiyədə, eləcə də Azərbaycan və digər ölkələrdə kifayət qədər izləyici toplayan “İçerde” serialının keçən həftə yayımlanan bölümündə tabuta girən məşhur aktyor Uğur Yücel çətin anlar yaşayıb.
Gununsesi.info “Milliyet”ə istinadən xəbər verir ki, “İçerde”nin keçən həftə ekranlara çıxan bölümündə “Cəlal Baba” rolunu canlandıran Çətin Tekindorun düşməni – “Qüdrət” obrazını canlandıran Uğur Yüceli diri-diri məzara qoyması izləyənləri şok etmişdi.
Polis olan Mertin Cəlalın adamı olduğunu anlayan Qüdrət ikilinin birlikdə çalışdığını sübut etmək üçün onların fotolarını çəkmək üçün oyun qurdu. Qüdrətin planını əvvəlcədən öyrənən Cəlal düşməninin planını alt-üst edib onu ələ keçirməyi bacarıb. Belə ki, Cəlal Qüdrəti yaxaladıqdan sonra onu diri-diri tabuta qoyub üstünü torpaqlayıb.
Qeyd olunur ki, 5 dəfə təkrarlanan həmin səhnədə tər tökdüyünü söyləyən Uğur Yücel ”Qapalı və dar yerdə qalmaq qorxum var” deyib. O bildirib ki, üzərinə torpaq töküldükdən sonra halı daha da pisləşib: “Canlı-canlı tabuta girmək necə qorxulu imiş”.
Gununsesi.info