“İçerde”nin qəhrəmanı qorxu filmində rol alacaq - "AKTYORLUQDAN QABAQ MÜHAFİZƏÇİ İŞLƏYİRDİM"

  • By admin
  • 06 İyul 2017 11:54

560503

“İçerde” serialında “Minik” obrazı ilə məşhurlaşan Seyithan Özdemirin yeni layihəsi bəlli olub.

Gununsesi.info-nun Türkiyə mediasına istinadən verdiyi məlumata görə, 2,05 metr boyu olan aktyor bu dəfə qorxu filmində yer alacaq.

O, filmin çəkilişləri üçün Samsuna gedib. Jurnalistlərin qarşısına çıxan Seyithan deyib: “Yeni filmim üçün buradayam. Məşhur olmaq gözəldir. Aktyorluqdan qabaq mühafizəçi kimi işləyirdim. “Kababçı Cəlal”ın cangüdəni obrazından sonra xalq məni sevdi, yaxşı reaksiyalar gördüm. Bu dəfəki layihədə fərqli rol alacağam. Qorxu və dram mövzulu filmdir. Ümid edirəm bu da uğurlu olar. Samsuna ayaq basan kimi insanlar mənə ciddi maraq göstərdilər”.

Qeyd edək ki, 35 yaşlı S.Özdemir ailədə 8 uşağın ən kiçiyidir. Altı ildir İstanbulda yaşayır və gecə klublarında, restoranlarda mühafizəçi kimi çalışır, sənətçilərə cangüdənlik edirdi.

Gununsesi.info