Səhvən içi qızılla dolu yorğanı zəlzələ bölgəsinə göndərdi / VİDEO

  • By admin
  • 07 Aprel 2023 17:02

Türkiyədə bir vətəndaşın başına gələnlər onu yardımsevərlikdə zərərçəkən durumuna salıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu ölkənin Bayburt şəhərində yaşayan vətəndaş içi qızılla dolu yataq yorğanını zəlzələ bölgəsindəki zərərçəkənlərə göndərib.

Ancaq yanlışlıqla içi qızılla dolu yorğanı yollayıb. Əməkhaqqı ilə çalışan Məcnun Şənər adlı vətəndaş qızıllarının geri veriləcəyi ümidi ilə yaşayır. Zəlzələnin olması tarixindən 2 ay keçsə də, Şənər hələ də ümidini itirməyib.

Şənər açıqlamasında bildirib ki, yorğanı göndərərkən onu açıb yoxlamayıb.

Yarım kampaniyası ilə yardımsevərlikdən zərərçəkən durumuna düşən Şənər bir sıra yerlərə müraciət edərək yardım istəyib.

Həyat yoldaşının qızıllarını və uşaqlarının qızıl bilərsizklərinin yorğanın içinə qoyduğunu deyən Şənər evi alt-üst axtarmalarına baxmayaraq, yorğanı tapa bilmədiklərini bildirib.

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info