İçində məktəblilərin olduğu avtobusu qəflətən çevirdi və su anbarına tərəf sürdü: 21 ölü - ÇİNDƏ DƏHŞƏTLİ QƏZA / VİDEO

  • By admin
  • 07 İyul 2020 16:51
Məktəblilərin olduğu avtobus su anbarına düşüb.
Gununsesi.org-un “RİA Novosti”yə istinadla məlumatına görə, qorxunc qəza Çinin Quyçjou vilayətində baş verib.
Bildirilir ki, naməlum səbəbdən avtobus qəfildən qarşı zolağa keçib, yolun kənarındakı hasarı  dağıdıb və su anbarına düşüb.
Məlumata görə, azı 21 nəfər ölüb, 15 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Polis araşdırmalara başlayıb.

 

 

 

Gununsesi.org