Içki bıçaqlanmayla nəticələndi

  • By admin
  • 11 İyun 2016 09:23

xez

Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib. Gununsesi.info xəbər verir ki, rayonun Binə qəsəbəsi İlqar Əhmədov 2 ünvanında yaşayan 34 yaşlı Rauf Mehdiyev al-qan içində xəstəxanaya gətirilib. Yaralı dərhal əməliyyata götürülüb. Həkimlər Rauf Mehdiyevin sinə nahiyyəsində bir bıçaq xəsarətinin olduğunu bildiriblər. Araşdırmalar zamanı məlum olub ki, Raufu atası Rafael Mehdiyev bıçaqlayıb. Hadisə ailə münaqişəsi zəmnində baş verib. Rafael Mehdiyev evdə spirtli içki içən zaman oğlu Rauf ona iradını bildirib. Oğulun iradı atanı əsəbləşdirib. Yaranan mübahisə zamanıda sərxoş olan Rafael Mehdiyev oğlunu bıçaqlayıb. Faktla əlaqədar Xəzər rayon polis İdarəsində cinayət işi başlanıb.