İçki düşkünü olan şəxs selfidən sonra başına gələnləri görüb içməyi atdı

  • By admin
  • 07 Dekabr 2019 14:39

Uels sakini olan Cin Devis baxdıqdan sonra içkini atdığı selfini sosial şəbəkələrdə paylaşıb.

Gununsesi.org  “Metro”ya istinadən xəbər verir ki, britaniyalı şəxs hələ yeniyetmə olarkən içkinin dadına baxıb. Və o, bu zərərli vərdişlə uzun illər mübarizə aparıb.

İçkiyə aludəçiliyinə görə ailəsini itirən kişi bir müddət dostunun yanında yaşayır. Həmin vaxt o, iki mərtəbəli çarpayının yuxarısında yatmalı olur. Bir gecə o, yuxarı çıxmaq istəyərkən yıxılıb. O, başını bərk əzir və xəsarətin miqyasını qiymətləndirmək üçün selfi çəkir. Səhəri isə o, fotoya baxanda özünün nəyə çevrildiyini görüb, dəhşətə gəlib.

Cin dərhal vəziyyəti düzəltmə qərarına gəlir. Həmin an o, həyatını nə dərəcədə məhv etdiyini anlayıb. Yeniyetmə vaxtında rok-qurpda iştirak edərkən, içki məclislərinə qoşulur. Universitetdən qovulur, tələbə halında təsadüfi yerlərdə işləyərək ailəsindən problemlərini gizlətməyə cəhd edir. Bu müddətdə isə gündə yarım butulka viski içməyə başlayır.

“Kimsə pabda pivəni dağıtdı və mən saman çöpü ilə dünyanın ən çirkli xalçasının üzərindən pivə qalıqlarını içdim. Halbuki, həmin vaxt masamın üzərində bütöv bakal pivə məni gözləyirdi. Məgər bu dünyanın ən iyrənc işi deyil?”, – deyə Cin xatırlayır.

Gecələrin birində o, Viki ilə tanış olub evlənib. Ancaq nə evlilik, nə övladının dünyaya gəlməsi onu əyyaşlıqdan xilas eləməyib: “Mən iyrənc əyyaşa çevrilmişdim”.

Nəticədə, arvadı onu evdən qovub və o, dostu ilə qalmağa başlayıb. Elə taleyini dəyişən şəkli də orda çəkdirib.

Hazırda Cinin 47 yaşı var. O, işə düzəlib və ən əsası özünü tapdığını deyir.

Uelslinin sözlərinə görə, indi onu ancaq oğlu maraqlandırır.

“Mən həmin vaxtdan etibarən 1 damcı da içməmişəm – baxmayaraq ki, artıq 18 ay keçib. Hazırda yerli Hindistan restoranında qab yuyuram – düzdü balaca işdi, amma heç bir stresi yoxdur. Elə mənə də bu lazımdır. Mənim oğlum var, ona yaxşı ata olmalıyam”.