İçki məclisi bıçaqlanma ilə bitdi

  • By admin
  • 01 Avqust 2021 14:34

Şəmkir rayonunda bıçaqlanma hadisəsi olub.

Gununsesi.info-nun  Qərb Mərkəzinin məlumatına görə, Şəmkir rayon sakini, 1992-ci il təvəllüdlü Pərviz Məmmədov bıçaqlanıb. Onun həmyerlisi 1989-cu il təvəllüdlü Nizami Ələkbərov tərəfindən bıçaqlandığı ehtimal edilir.

HTML tutorial

Yaralı xəstəxanaya yerləşdirilib, hadisəni törətməkdə şübhəli bilinən şəxs polis şöbəsinə aparılıb.

Bildirilir ki, həmin şəxslər yeyib-içdikdən sonra içkili vəziyyətdə mübahisə ediblər. Hadisə də bu səbəbdən baş verib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Gununsesi.info