İclasa Rəisinin xatirəsini anmaqla başladılar -VİDEO

Astanada Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası başlayıb.

Gununsesi.info -nun verdiyi xəbərə əsasən , iclas iştirakçıları mayın 19-u  helikopter qəzasında həlak olan İran Prezidenti Seyid İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahianın xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Qeyd edək ki, iclasda İranı Abdullahianın əvəzinə xarici işlər nazirinin iqtisadi diplomatiya üzrə müavini Mehdi Səfəri təmsil edir.