İçməli suyun verilməsində bu ərazidə məhdudiyyətlər olacaq.

28-29 may 2024-cü il tarixlərində Nardaran bağ massivi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Gununsesi.info xəbər verir ki, bu haqda Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi məlumat yayıb.

Bildirilib ki, buna səbəb magistral su kəmərində təmir işlərinin aparılmasıdır.