İcmal büdcənin kəsiri 30 faiz ixtisar edildi

  • By admin
  • 11 İyul 2017 15:30

14368629214828754109_1000x669

2017-ci ilin icmal büdcə gəlirlərinin ilkin təsdiq edilmiş məbləğlə müqayisədə 14,1% artaraq 22840,9 mln. manat,  xərclərinin isə 3,7% artaraq 29828,3 mln. manata çatması proqnozlaşdırılır.

Gununsesi.info bunu Hesablama Palatasının 2017-ci ilin büdəcinə edilən dəyişikliklə bağlı Rəyindəaçıqlayıb.

İcmal büdcədə əsas dəyişikliklər hansı maddələr üzərində edilib?

İcmal büdcənim gəliləri 14 faiz artırılaraq 22,8 milyard manata qaldırıldı.

-Digər maddə üzrə “Dövlət büdcəsinin gəlirləri” 3 faiz artırılaraq, 16,7 milyard manata,

– Naxçıvan MR büdcəsinin gəlirləri 350,6 milyon manat,

– Dövlət Sosial Müdafiə Fondunun gəlirləri dəyişməyərək  3,4 milyard manat

– Dövlət Neft Fondunun gəlirləri  27 faiz artaraq, 10,6 milyard manat təsdiq edilib.

İcmal büdcənin xərclərinə gəlincə, yeni dəyişikliklərdən sonra  3.7 faiz artaraq 29.8 milyard manataçatdırılıb.

– Dövlət büdcəsinin xərcləri isə 6.2 faiz artırılaraq 17.9 milyard manat

– Naxçıvan MR büdcəsinin xərcləri  350,6 milyon manat

– Dövlət Sosial Müdafiə Fondunun xərcləri  3,4 milyard manat

–  Dövlət Neft Fondunun xərcləri  dəyişməyərək  14,4 milyard manat

–  Xarici kreditlər hesabına maliyyələşən layihələr üzrə xərclər  2 milyard manat təsdiqlənib.

Hesablama Palatasının Rəyinə görə,  büdcə kəsiri ilə bağlı ilkin proqnoz  30 faiz ixtisar edilərək 6.9 milyard manata salınıb.  İcmal büdcə kəsirinin ÜDM-ə faiz nisbətinin 13,1%-dən 10,5%-dək azalması

gözlənilir. İcmal büdcə kəsirinin azalması icmal büdcə gəlirləri üzrə artımın xərclər üzrə

artımı üstələməsi ilə bağlıdır.

İcmal büdcənin tərkib komponentləri olaraq Dövlət Neft Fondunun gəlirləri üzrə 27,6% artım nəzərdə tutulub. Hesabatda əsas səbəb kimi neftin dünya bazarlarında qiymətinin cari ilin ilk 5 ayında proqnozlaşdırılan nisbətlə müqayisədə 35,0%-dək artması səbəbindən fondun gəlirlərinin artımı göstərilir.

İcmal büdcə xərclərinin strukturunda əsas artım mənbəyi dövlət büdcəsi xərclərinin 1051,0 milyon manat həcmində artımla proqnozlaşdırılmasıdır.

Vüsalə Rüstəmova

Gununsesi.info