Azərbaycanda növbəti illərdə icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-nə nisbətinin ardıcıl şəkildə azaldılması və büdcə xərclərinin daha çox qeyri-neft sektorundan olan daxilolmalar hesabına təmin edilməsi üzrə qəbul edilmiş fiskal siyasətin davam etdirilməsi vacibdir.
Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında maliyyə naziri Samir Şərifov bildirib.
“Hazırda dünya enerji bazarlarındakı əlverişli qiymət konyekturu fonunda aparıcı təşkilatların ehtimal etdiyi neft qiymətləri büdcə göstəricilərinin proqnozlaşdırılması zamanı mühafizəkar prinsiplər əsasında götürülən neft qiymətlərini üstələyir. Təbii qaz hasilatının və satışının genişlənməsi ilə yanaşı, qeyri-neft sektorundan da büdcə daxilolmalarının artması və bununla neft gəlirlərində gözlənilən azalmanın qismən kompensasiya edilməsi, büdcə qaydasının hədəfləri çərçivəsində Dövlət Neft Fondunun aktivlərinin orta müddətli dövrdə dayanıqlı səviyyədə saxlanılmasına, Fonddan dövlət büdcəsinə transfertin artmasına imkan yaradır”, – deyə o qeyd edib.
Gununsesi.info