Son günlərdə ölkənin idarəetmə formasında yeni təkliflər gündəmə gəlib. Belə ki, Azərbaycanın 7-9 bölgəyə bölünərək vilayət şəklində idarəetmə forması təklif edilir. Bundan əlavə olaraq 2018-ci ildən etibarən rayonların büdcəsinin məhdudlaşdırılması və özhesabına büdcəni formalaşdırılmasına keçilməsi nəzərdə tutulur.
Gününsesi.info olaraq gündəmə gələn məsələlərlə bağlı Milli Məclisin Regional məsələlər Komitəsinin üzvlərinə müraciət etdik.
Komitənin üzvü, millət vəkili Tahir Rzayev Gununsesiinfo-ya açıqlamasında bildirdi ki, respublikanın vilayətlərə bölünməsi ilə bağlı təkliflər zaman-zaman gündəmə gəlir, ancaq bununla bağlı hələlik rəsmi səviyyələrdə müzakirələr aparılmadığından fikir söyləmək bir o qədər də ciddi alınmaz. “Azərbaycan inkişaf edən ölkə olduğundan, ölkənin daha səmərəli idarəetmə metodu ilə müxtəlif fikirlər səslənir və bu növbəti dəfə bu məsələ gündəmə gəlib. Gələcəkdə ölkədə idarəetmənin daha da təkmilləşdirilməsi məsələsi gündəmə gələrsə, o zaman məsləyə baxmıb fikir söyləmək olar.Ola bilər vilayət deyil, regional mərkəzələr formasına olsun. Ondi hansı formanın sesçilməsi məqbul hesab edilərsə, o cür də, strurktur islahatı aparılacaq. Yəni bu məsələlər ölkə başçısının səlahiyyətinə malik olan məsələlərdir”- deyə, millət vəkili vurğulayıb.
Rayonların büdcəsinin özhesabına formalaşdırılması və dövlət büdcəsindən vəsaitlərin tədricən kəsilməsi məsələsinə gəldikdə isə T.Rzayev bildirdi ki, hələ bir neçə il bundan öncə rayon və şəhərlərin büdcələrini özhesablarıan formalaşdırmasını gündəmə gəlib. “Ölkə başçısı da keçirdiyi müşavirələrdə qeyd edib ki, rayonlar və şəhərlər özünümaliyyələşdirmə və büdcəni formalaşdırma metoduna keçməlidir. Əgər belə olarsa, o zaman rayonların sosial-iqtisadi vəziyyətində real dəyişikliyin şahidi olacağıq. Hesab edirəm ki, bu düzgün yanaşmadır”- deyə, millət vəkili vurğulayıb.
Komitənin digər üzvü, professor, millət vəkili Fəzail İbrahimli isə Gununsesi.info-ya açıqlamasında bildirib ki, ölkənin vilayətlərə bölünməsi ilə bağlı səslənən fikirlərin rəsmi səviyyədə müzakirə olunmadığından fikir bildirmək istəmədi: “BU hər hansı bir vətəndaşınvə ya məmurun arzusu və ya istəyi ola bilər. Ancaq rəsmi səviyyədə müzakirə olunmadığından fikri bildirməyə lüzum görmürəm”.
Rayonların büdcələrinin özhesabına formalaşdırılması və dövlət büdcəsindən ayrılan vəsaitin dayandırılmasına gəldikdə isə F. İbrahimli deyib ki, bu ölkə başçısının son müşavrədə söylədiyi fikirlərin tərkib hissəsidir. “Hesab edirəm ki, rayonların və şəhərlərin özlərinin büdcəsinin formalaşdırılmasına keçilməsi ümumilikdə ölkənin sosial-iqtisadi vəziyyətinin inkişafına təkan verən amildir. Ancaq bu zaman bölgələrin inkişafını təmin etmək üçün ilk növbədə rayonların maddi-texniki bazası yaradılmalıdır. Bu olmadan regionların inkişafına nail olmaq mümkün deyil”- deyə, millət vəkili bildirdi.
O əlavə etdi ki, bu sanki SSRİ dövründə Mixail Qorbaçovun “prestroyka” dövründəki sürtələndirmə konsepsiyasına bənzəyər: “Necə oal bilərdi ki, köhnə sovet texnikası və texnologiyası ilə sürətli inkişafa nail olmaq olar”.
Millət vəkili bildirdi ki, regionların inkişafı ölkə başçısının dediyi kimi hər regionun spesfik xüsusiyyəti nəzərə alınmalıdır. “Hər bir regionun özünəməxsusluğu var. Yəni vahid modeli bütün regionlara tətbiq etmək düzgün olmaz. Əgər belə olarsa, o zaman ümumi inkişafa nail olmaq olar. Bu eyni zamanda bölgələrdə işsizliyin də aradan qaldırılmasına gətirib çıxaracaq.Odur ki, Azərbaycanda idarəetmənin və inkişafın yeni mərhələsinə qədəm qoyuruq. Bu da rayonların özünümaliyyələşdirilməsindən keçir. Fikrimcə rayonların özləri öz büdcəsini formalaşdırılması müsbət nəticə verəcək. Büdcədən ayrılan vəsaitlər isə respublikada konkret sosial –iqtisadi layihələrin maliyyələşdirilməsinə yönəldilməklə büdcəyə həm qənatə olunacaq, həm də effektli idarəetmə formulu yaranacaq. Bu yolla sosial-iqtisadi problemləri daha asan həll etmək olar”- deyə, Fəzail İbrahimli bildirdi.
Mürtəza Bünyadlı
Gununsesi.info