Xocalıdan olan şəhidlərin 12- nin məzarı Bakıda, 50-nin isə məzarı paytaxtdan kənar yerlərdədir. Rayon mərkəzindən kənarda olan kənd yerlərindəki 50 şəhid məzarı baxımsız vəziyyətdədir. Bir rayon rəhbərliyi tərəfindən məzarlara baxım edən yoxdur.
Gununsesi. info xəbər verir ki, bu problemlə millət vəkili Elman Məmmədov parlamentin bugünkü iclasında çıxış edib.
O qeyd edib ki, 1992- 93-cü illərdə məzarların üstü xala o vaxtın şərtlərinə uyğun götürülüb: “Cəmi 50 şəhid məzarıdır. Dəfələrlə o rayonların rəhbərlərinə məzarların düzəldilməsi üçün müraciət olunub. Amma əməl edən yoxdur. Prezident şəhid ailələrinə diqqət ayırır. Ama yerlərdə onlara diqqət göstərilmir”.
O eyni zamanda Xocalıya işğal olunmuş şəhər, xocalılara isə işğala məruz qalmış şəxs statusu verilməsini təklif edib.
Gununsesi. info