İcra başçısı ərazidə sakinlərlə görüşdü

Yasamal Rayon  İcra Hakimiyyətinin başçısı Elşad Həsənov rayon sakinləri üçün növbəti səyyar qəbul keçirib. Qəbul Yasamal rayonunda yerləşən 1 nömrəli Bakı tibb kollecinin akt zalında baş tutub.
Səyyar qəbulu giriş sözü ilə açan Yasamal Rayon  İcra Hakimiyyətinin başçısı Elşad Həsənov bildirdi ki, sakinlərlə görüş Azərbaycan Prezidenti cənab İlham Əliyevin dövlət qurumları rəhbərlərinin yerlərdə əhali ilə görüşlərinin keçirilməsi ilə bağlı tapşırığına uyğun olaraq keçirilir. Yasamal Rayon  İcra Hakimiyyətinin başçısı həmçinin qeyd etdi ki, səyyar qəbulun məqsədi  sakinlərlə birbaşa görüşüb onları narahat edən problemləri müəyyən edib həll etməkdir.

Qəbulda Yasamal RİH aparatının məsul əməkdaşları, Mənzil Kommunal Təsərrüfatı Birliyinin,Yasamal Bələdiyyəsinin, habelə  təsərrüfat və xidmət sahələrinin vəzifəli şəxsləri  də iştirak etdilər. Yasamal Rayon  İcra Hakimiyyətinin başçısı  qəbulda iştirak edən bütün sakinləri dinlədi. Vətəndaşlar qəzalı binaların təmiri,vətəndaşların tikinti şirkətləri ilə mübahisələri, əlavə fərdi tikinti üçün icazə, mənzil növbəsi, küçələrin işıqlandırılması, Vətən müharibəsi qazilərinin işlə təmini, sosial yardım  və bir sıra digər məsələlər qaldırdılar.İcra Hakimiyyətinin başçısı Elşad Həsənov sakinlərin problemləri ilə bağlı rayonunun  təsərrüfat və xidmət sahələrinin vəzifəli şəxsərinə tapşırıqlar verdi.Tapşırıqların icrası ilə baglı konkret müddət müəyyən olundu və növbəti qəbullarda onların icrası vəziyyəti nəzərdən keçiriləcək.

HTML tutorial

 

 

Gununsesi.info