İcra başçısı ərazidə Yasamal sakinləri ilə görüşdü -FOTO

Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin dövlət qurumları rəhbərlərinin yerlərdə əhali ilə görüşlərinin keçirilməsinə dair tapşırığına uyğun olaraq Yasamal rayonunda növbəti görüş keçirilib. Sakinlərin problemlərinin aradan qaldırılması məqsədilə təşkil olunan görüşdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov iştirak edib. Qəbul rayonun 158 saylı tam orta məktəbin akt zalında baş tutdu. Görüşdə Yasamal rayonunun sakinləri, rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, Yasamal bələdiyyəsinin və xidmət sahələrinin nümayəndələri iştirak ediblər.

Görüşdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov  sakinləri öz müraciət, təklif və şikayətlərini səsləndirməyə dəvət etdi.

HTML tutorial

Söz alan vətəndaşlar gənclərin məşğulluğu, sosial yardım, küçələrin işıqlandırılması, qurumuş agacların budanması, vətəndaşların ərazi üzrə qeydiyyatı, ailədaxili mülkiyyət mübahisələri, söküntü-tikinti layihələri,  qazilərin işlə təmini və bir sıra sosial məsələlərlə bağlı öz təklif, şikayət və fikirlərini bildirdilər. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov sakinlərin suallarına ətraflı cavablar verdi.Qəbulda sakinləri narahat edən problemlər dinlənildi, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq həlli ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən müvafiq tapşırıqlar verildi.

Gununsesi.info