İcra başçısı bir qrup Yasamal sakinini dinləyib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət qurumları rəhbərlərinin vətəndaşlarla görüşlərin keçirilməsi ilə bağlı tapşırığına uyğun olaraq Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov bu gün rayon sakinlərindən ibarət növbəti qrupu qəbul edib.

Gununsesi.info-nun xəbərinə görə Yasamal İcra Hakimiyyətinin inzibatı binasında baş tutan görüşdə icra başçısı aparatının vəzifəli şəxsləri də iştirak ediblər. Qəbulda növbə ilə söz alan Yasamal sakinləri qəzalı yaşayış binaları, Vətən mühabəsi qazilərinin mənzil növbəsinə alınması, bina zirzəmilərində konstruksiya dəyişikliyi, tikinti normaları və bir sıra sosial məsələlər qaldırdılar.

HTML tutorial

İcra başçısı Elşad Həsənov iki saata yaxın davam edən qəbulda sakinləri diqqətlə dinlədi və vətəndaşların problemləri ilə baglı aparat əməkdaşlarına müvafiq göstərişlər verdi.Qaldırılan digər məsələlər isə nəzarətə götürülərək onların həll müddətləri müəyyən edildi.Yasamal Rayon İcra Hakimiyyəti başçısının qrafikə uyğun olaraq vətəndaşlarla həftəlik görüş və qəbulları davam edir.

Gununsesi.info