İcra başçısı DTX-nin həbs etdiyi müavinin yerinə onu təyin etdi

  • By admin
  • 27 Yanvar 2021 14:52
Ağstafa Rayon İcra Hakimiyyətində yeni təyinat olub.
Gununsesi.org-un Unikal.org-a istinadən məlumatına görə, bununla bağlı RİH-nin başçısı Seymur Orucov əmr imzalayıb.
Əmrə əsasən, Müşfiq Hüseynov Ağstafa RİH-nin başçısının birinci müavini vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Ağstafa RİH-nin başçısının keçmiş birinci müavini Ramiz Tatarov 2019-cu ildə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində saxlanılıb və məhkəmənin qərarı ilə həbs olunub.

Gununsesi.org