İcra başçısı Eldar Əzizov: “Belə oyun olar, trilyonlar itirilib”

  • By admin
  • 18 May 2020 17:37

“Paytaxtda olan uşaq bağçalarının açılması ilə bağlı bu gün dəqiq nəsə deyə bilmərik”.

Gununsesi.org  xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Bakı merinin sözlərinə görə, mütəxəssislər nə qərar qəbul etsə, həmin qərar ictimaiyyətə açıqlanacaq.

E.Əzizov bildirib ki, yaxın gələcək üçün uşaq bağçalarının açılması gözlənilmir.

 

“Bəzi savadlı insanlar deyirlər ki, virus yoxdur, bu, bir oyundur. Karantin müddətində ölkələr bağlanıb, trilyonlar itirilib. Belə oyun olar? Özümüz inanmırıqsa belə, cəmiyyətə görə bu qaydalara əməl etməliyik” , – deyə o əlavə edib.

Gununsesi.org