“İcra başçısı jurnalist qovdurandır?” - VİDADİ İSAYEV HAQQINDAKI İDDİALARI RƏDD ETDİ

  • By admin
  • 06 Oktyabr 2016 16:22

xvidadi-jpg-pagespeed-ic-is5_fsxryl

Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev “Space” Müstəqil Teleradio Şirkətinin (Space TV) “Hər gün” İnformasiya Proqramının Qarabağ Bürosunun rəhbəri, jurnalist Gündüz Məmmədovu işdən çıxartdırması barədə yayılan məlumatlara cavab verib.

Gununsesi.info-nun məlumatına görə, icra başçısı V.İsayev Ölkə.Az-a açıqlamasında deyib ki, haqqında deyilən fikirlər yalandır:

“Boş-boş fikirlərdir. İcra başçısı jurnalist qovdurandır? Bu barədə məlumatı da bu gün səhər əldə etmişəm. Yəqin ki, o jurnalist rayonla bağlı verdiyi şantaj xarakterli materiala görə işdən çıxarılıb. O iddia edir ki, guya mən onu otağıma çağırmışam və sairə. Bütün bunlar yalan söhbətdir. Mən o jurnalisti tanımıram”.

Xatırladaq ki, “Space” Müstəqil Teleradio Şirkətinin (Space TV) “Hər gün” İnformasiya Proqramının Qarabağ Bürosunun rəhbəri, jurnalist Gündüz Məmmədov Ölkə.Az-a bildirib ki, icra başçısı Vidadi İsayev şirkət rəhbərliyinə zəng edərək, onu işdən çıxartdırıb.

Gununsesi.info