İcra başçısı jurnalistin evinin sökülməsindən xəbərsiz olub

  • By admin
  • 14 Aprel 2017 13:59

1491992624-9513

“İnşa etdirdiyim evimin yerləşdiyi torpaq sahəsinə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron şöbəsindən çıxarış almışam. Torpağın sənədlərini qaydada salandan sonra evin tikintisinə icazə almaq üçün icra hakimiyyətinə müraciət etmişəm və ev çertiyojunu çəkmişəm, təsdiqlənməsi üçün icra hakimiyyətinə göndərmişəm. 
2015-ci ilin yanvarın 22-də təsdqilənmiş sənədimi icra hakimiyyətindən götürmüşəm. Sənədləri qaydadaya salaraq tikinti işlərini aparmışam”. 

Gununsesi.info-nun xəbərinə görə bu haqda  aprelin 12-də saray qəsəbəsində tikdirdiyi evin icra hakimiyyətinin nümayəndələri tərəfindən sökülməsinə jurnalist Hacı Zeynalov sosial şəbəkədəki səhifəsində yazıb.

“Bildiyiniz kimi aprelin 12-də, səhər saatlarında Abşeron rayonu, Saray qəsəbəsində tikilməsinə qanuni icazəsi olan və hazırda yarımçıq tikili hesab olunan evimin bir hissəsi icra hakimiyyətinin yerli nümayəndəsi tərəfindən sökülmüşdü.  Aprelin 12-də icra hakimiyyətinin Sarayda olan nümayəndələri ilə aramızda olan anlaşılmazılıq nəticəsində evimin bir hissəsi sökülüb.

Bununla bağlı dərhal icra hakimiyyətinə müraciət etdim. İcra hakimiyyətinin başçısı İradə Gülməmmədova  məsələni dərhal araşdırdı və lazımı tədbirlər görülməsi üçün tapşırıqlarını verdi. İcra başçısının evimin sökülməsi ilə bağlı heç bir əlaqəsi olmayıb. İcra başçısının özü şəxsən bu məsələni araşdırandan sonra qısa zamanda məsələnin həll olundu.

Bundan əlavə baş verən hadisə ilə bağlı mənə dəstək olan jurnalist həmkarlarıma, dostlarıma, mənə zəng edərək, dəstək olduqlarını nümayiş etdirən hər bir dostuma, özümdən asılı olmatyan səbəblərə görə, zənglərinə cavab verə bilmədiyim dostlara bir daha öz təşəkkürümü bildirirəm.
Həmçinin dostumuz və qardaşımız Seymur Qasimbeyli yə xüsusi təşəkkürümü bildirirəm”.

Qeyd edək ki,  aprelin 12-də Abşeron rayon icra hakimiyyəti jurnalist Hacı Zeynalovun  Saray qəsəbəsində inşa etdirdiyi və hələ başa çatdırmadığı evini sökdürüb.  Baxmayaraq ki,  evin tikilməsi ilə bağlı Abşeron rayon İcra Hakimiyyətinin razılıq sənədi, memarlığ;n təsdiq etdiyi sənəd mövcuddur.

Bu barədə mediaya məlumat verib və KİV-də işıqlandırılandan sonra H.Zeynalovu Abşeron rayon icra hakimiyyətinə çağırıblar. İcra Hakimiyyətindən  bildirilib ki, hazırda məsələ araşdırılır.

 Gülnaz Qənbərli

Gununsesi.info