İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi

  • By admin
  • 16 Aprel 2024 01:09
Şuşa Şəhər İcra Hakimiyyətinin  keçirdiyi tenderlərin bir qismini adıçəkilən rayonun icra başçısının oğlu qazanıb.
Gununsesi.info-nun xəbərinə görə, bu barədə Avropada yaşayan jurnalist Cavanşir Həsənli yazıb.
Məsələn, Şuşa işğaldan azad olduqdan sonra – 2021-ci ildə Bayram Səfərov 3 lot üzrə dövlət sifarişini oğlu RUFİS SƏFƏROVA məxsus “KƏKLİK” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ-nə verib. Yəni Şuşa azad olandan sonra oğlunu “QALIB” elan edib”.
Məsələ ilə bağlı Bayram Səfərovun mövqeyini öyrənmək istəsək də icra başçısı danışmaqdan imtina edib.