İcra başçısı Mingəçevirdə icbari tibbi sığortanın tətbiqi ilə maraqlanıb

  • By admin
  • 24 Fevral 2022 21:29

22 fevral 2022-ci il tarixində şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti onlayn iclası keçirilib.

Bu barədə Gununsesi.info-ya adıçəkilən şəhərin icra hakimiyyəti aparatından verilən məlumatda deyilir.

Məlumata görə, iclasın  gündəliyində 3 məsələ olduğu bildirilib və bu məsələlər ətrafında çıxışçılara söz verilib.
Gündəlikdə duran 1-ci məsələ Mingəçevir şəhərinin 2021-ci ildə sosial-iqtisadi inkişafının yekunları və 2022-ci ildə qarşıda duran vəzifələr,  2-ci məsələ .“ Şəhər Təsərrüfatı şöbəsinin 2021-ci ildə fəaliyyəti haqqında”. 3-cü məsələ  “Şəhər Mərkəzi Xəstəxanasında İcbari Tibbi Sığorta sisteminin tətbiqi ilə  əlaqədar görülən işlər barədə “Şəhər Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin direktoru A.Sultanovun hesabatı” olmuşdur.  Məsələ ətrafında çıxışçılar çıxış  etdikdən  sonra sonda şəhər İcra Hakimiyyətinin başçısı cənab İlham İsmayılov iclasa yekun vuraraq müvafiq şöbələrə öz tövsiyyə  və  tapşırıqlarını verdi.

Gununsesi.info