İcra başçısı: “Nə tarix, bizə sökmək tapşırılıb”

  • By admin
  • 06 İyun 2016 09:54

tarixi bina

Bakının “Sovetski” ərazisində Mirzə Fətəli küçəsi 45-də yerləşən 2 mərtəbəli yaşayış binası artıq mətbuatda məşhurdur. Binanı məşhur edən təkcə tarixi və mədəniyyət abidəsi olması deyil, həm də onun qorunub saxlanılması uğrunda fədakarlıq edən sahibidir.

HTML tutorial

Bu yaraşıqlı mülkün sahibi 66 yaşlı Faiq Əliyevdir. 50 ildir burada yaşayır. Mətbuata əvvəlki açıqlamalarında bildirdiyinə görə, 1895-ci ildə tikilmiş bina Şirinbəy adlı şəxsə məxsus olub. 1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulan zaman Şirinbəy həyat yoldaşı Zəminə xanımla birlikdə bu mülkü qoyaraq ölkəni tərk edib. Onlardan sonra burada rus ailəsi yaşayıb. Daha sonra mülk Faiq Əliyevin ailəsinə satılıb.

121 il öncə tikilən bina tam yararlıdır, amma “Sovetski”nin başı üzərini alan “qara buludlar” köhnə Bakının bu yadigarından da yan ötmək istəmir. Faiq Əliyevi də narahat edən təkcə mülkiyyət hüququna yaranan təhlükə deyil, həm də bu tarixin soyuqqanlılıqla məhv edilməsidir.

Indiyədək binanın sökülməsinə ondan razılıq ala bilməyən məmurlarla çarpışan ailə başçısı artıq mübarizənin son mərhələsinə yaxınlaşıb. “Sovetski”də köçürülmə və söküntü işlərinə məsul məmurlardan Faiq Əliyevi təhdid edənlər də, onu “müxalifətçi”, hətta “təxribatçı” adlandıranlar da olub… Iyunun 4-də isə əraziyə baş çəkən Yasamal rayon rəhbərliyi ilə onun arasında maraqlı dialoq yaşanıb.

Öncə bildirək ki, həmin gün ərazidə söküntü işləri zamanı artıq Faiq Əliyevin evinə də zərər vurulub. Evə bitişik tikililər uçurulan zaman işıq, qaz və su xətləri dağıdılıb. Evin arxa tərəfindəki həyətə açılan qapı və pilləkən də dağıdılıb.

Söküntü zamanı rayon icra hakimiyyətinin başçısı Ibrahim Mehdiyevin əraziyə gəlişini görən Faiq Əliyev ona yaxınlaşaraq prezidentin “Sovetski”dən kimsənin zorla köçürülməməsi barədə hökumətə məlum tapşırığını xatırladıb və niyə köçmək istəməyən sakinlərin evlərinə işıq, qaz və su təchizatının dayandırıldığını soruşub. Icra başçısının cavabı qısa olub: “Yaxşı edirəm…” IH başçısının Faiq Əliyevin “Sovetski”də tarixi niyə məhv edirsiz” sualına cavabı isə belə olub – “nə tarix, bizə sökmək tapşırılıb!” (korrespondent.az)