İcra başçısı peyvənd olundu

  • By admin
  • 19 Mart 2021 13:39

“Azərbaycan Respublikasında “COVID-19” xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq yanvarın 18-də başlanan peyvəndlənmə prosesi mərhələli şəkildə davam edir.

Strategiyaya əsasən, hazırda 50 yaş və daha yuxarı şəxslərin “Covid-19” xəstəliyinə qarşı vaksinasiyası aparılır.

Gununsesi.info xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov da “COVİD-19”-a qarşı peyvənd olunub. Ona ikinci doza vaksin vurulub. İcra başçısı vaksin vurulduqdan 30 dəqiqə sonra özünü yaxşı hiss etdiyi üçün xəstəxanadan buraxılıb.

Xatırladaq ki, Gəncədə yeni növ koronavirusa (COVID-19) qarşı peyvəndləmə prossesinə yanvarın 21-dən başlanılıb və ilkin olaraq tibbi işçilərinin vaksinasiyası həyata keçirilib. Hazırda prosses davam edir.

Gununsesi.info